Kayıtlar

Təhsilin məzmunu nədir?

Resim
Təhsilin məzmunu dedikdə, müəyyən tip tədris müəssisələrində öyrənmək üçün seçilmiş biliklər, bacarıqlar sistemi başa düşülür. Təhsilin məzmunu abstrakt deyil. O, sistemin daxili mahiyyətindən ayrılmazdır. Şagirdlərin təfəkkürünü, idraki maraqlarını formalaşdırmaq, hərtərəfli inkişafını təmin etmək və əmək fəaliyyətinə hazırlamaq ümumi təhsilin məzmunun əsasını təşkil edir.Məzmun təhsilin məqsədlərin i həyata keçirməyin vasitəsi olmaqla cəmiyyətin və həm də ayrı-ayrı adamların cari və perspektiv tələbatlarını əks etdirir. Məzmunun formalaşdırılmasını, onun müxtəlif tipli və səviyyəli tədris müəssisələrinin proqramlarına daxil olunmasını daha çox tələbatlar istiqamətləndirir. Başqa sistemlərdən asılı olan, onlardan törəyən məzmun bir sistem kimi çətin formalaşır. Bununla əlaqədar olaraq qeyd etmək lazımdır ki, təhsilin məzmunu kəskin ideoloji mübarizə mövzusu olmuşdur. Qeyd edək ki, həmişə bir-birinə zidd qüvvələr məktəbə və onun vasitəsilə bütün cəmiyyətə təsir etməyə cəhd göst...
Resim
“ Strategiya ” yunan mənşəli sözdür  ( “sərgərdənin incəsənəti” )  və  təhsildə  təlim strategiyası  anlamı “  öyrədənin öyrəncinin qarşısna qoyulan məqsədə çatmaq üçün öyrətmə metod və usullardan istifadəsidi r” deməkdir. Təlim strategiyaları özündə təhsilin bütün komponentlərini ehtiva edir. Bununla bərabər bu komponentlərin hər biri dövlətin mədəni,  siyasi və ictimai reallığı ilə bağlıdır. Təhsil prosesində  təlim strategiyasının vacibliyi ondan ibarətdir ki  o   asan metod və usullarla  öyrənçilərə öyrənməyə imkan yaradır.  Təlim strategiyasının vacib amillərindən biri də interaktiv  və ənənəvi təlim mühitində, mümkün olan zaman strategiyaların birlikdə istifadə edilməsidir. Təlim strategiyalarına inteqrativ yanaşma  təlimin keyfiyyətini və öyrənçilərin müvəffəqiyyətlərinin artmasına gətirib çıxarır. Təlim strategiyaıları  dəqiq nəticə əldə etmək ücün qurulan təlim modelidir və onlar xüsüsi pro...

Fənn üzrə təlimin planlaşdırılması

Resim
  İllik planlaşdırılmanın   yaradılması müəllimlərin qarşısında duran ən mühüm vəzifədir. Planlaşdırma əsas məqsədləri müəyyənləşdirmək və onlara nail olmaq üçün müəllimlərin fəaliyyət istiqamətidir. İllik planlaşdırmada tədris vahidinin nə zaman və hansı ardıcıllıqla tədris ediləcəyi göstərilir. Eyni zamanda hər fəslə ayrılacaq vaxt göstərilir. Fənnin planlaşdırılması ardıcıllığı aşağıdakı kimidir:    1 . Tədris ediləcək tədris vahidlərini məzmun standartlarına əsasən müəyyən etmək.    2. Tədris vahidlərinin ardıcıllıq prinsiplərini müəyyənləşdirmək ( Tədris vahidlərinin ardıcıllıqla müəyyənləşdirilməsi dedikdə, məzmunun ardıcıllığı ( asandan çətinə doğru), xronoloji ardıcıllıq (zaman ardıcıllığı), məntiqi ardıcıllıq ( əvvəlcə o anlayışlar öyrədilir ki, onlar növbəti anlayışların açılmasında əhəmiyyət daşıyır.) nəzərdə tutulur.)    3. Hər tədris vahidi üçün tədris planına əsasən vaxt bölgüsü aparmaq. ( Tədris vahidləri üçün...

Fəaliyyət xətləri

Resim
Kurikulumda fənnin məzmunu bacarıqlar şəklində ifadə olunmuş standartların köməyi ilə verilir Bacarıqlar isə şagirdin müxtəlif fəaliyyətləri nəticəsində əldə olunur və onların köməyilə nümayiş etdirilir. Buna görə də standartlar müəyyənləşdirilərkən aşağıdakı fəaliyyət xətləri ilə əlaqəlilik nəzərə alınmışdır:     Fəaliyyət xətləri məzmunun mənimsənilməsinin, ondan istifadə edilməsinin, fənnin öz daxilindəki mövzularla və digər fənlərin mövzuları ilə əlaqə yaratmağın ən yaxşı yollarıdır. Fəaliyyət xətləri fənni bir birindən təcrid olunmuş bilik və bacarıqlar toplusu kimi yox, bütöv bir tam kimi başa düşməyə kömək edir.

Kurikulumda məzmun xətti nədir

Resim
                                                1.1.1.2   Məzmun xəttləri Məzmun xəttləri    ümumi təlim nəticələrinin reallaşdırılması üçün müəyyən olunan fənn kurikulumunun zəruri hissəsi olub, şagirdlərin əldə edəcəyi bilik və bacarıqları daha aydın təsvir etmək və onu sistemləşdirmək məqsədi daşıyır.     Ana dili təliminin məqsəd və vəzifələrinə uyğun olaraq , məzmun xəttləri təhsilin bütün pillələri üzrə aşağıdakı kimi təyin edilmişdir: *  Dinləyib-anlama və danışma * Oxu * Yazı * Dil qaydaları     Dinləyib-anlama və danışma  Bu məzmun xətti danışanı dinləyə bilmək, onun fikrinə münasibət bildirmək, müxtəlif informasiya mənbələrindən alınan məlumatlarından bəhrələnmək,əsas ideyanı ikinci dərəcəli məsələlərdən seçmək,fikrini inandırıcı şəkildə təqdim etmək bacarıqlarının formalaşdırılmasını təmin edir. Din...

Ana dili fənninin məzmunu

 1.1.1Ana dili təliminin məzmunu                                1.1.1. Ümumi təlim nəticələri                               İ                       İbtidai təhsil pilləsi ( I- IV) * sərbəst, düzgün, sürətlə, şüurlu, ifadəli oxuyur və savadlı yazır. * dialoqa girir, öz fikirlərini sərbəst və ardıcıl ifadə edir. * oxuduğu və dinlədiyi mətnlərə münasibət bildirir. * ayrı-ayrı mətnlərdən əsas faktları seçib qruplaşdırır, kiçikhəcmli mətnlər qurur. * Azərbaycan xalqınındili, tarixi,əxlaqi-mənəvi dəyərləri,mədəniyyəti,incəsənəti,adət-ənənələrihaqqında ilkin məlumatları sadə formada təqdim edir. * lüğətlərdən, məlumat kitablarından, kataloqlardan istifadə edir. *  Əsas təhsil pilləsi üzrə şagird: * zəruri fonetik,leksik,qrammatik anlayışları izah edir, onları bir-birin...

menim blogum

Resim
Təhsil millətin gələcəyidir.