Ana dili fənninin məzmunu


 1.1.1Ana dili təliminin məzmunu
                               1.1.1. Ümumi təlim nəticələri                              İ

                      İbtidai təhsil pilləsi ( I- IV)


* sərbəst, düzgün, sürətlə, şüurlu, ifadəli oxuyur və savadlı yazır.
* dialoqa girir, öz fikirlərini sərbəst və ardıcıl ifadə edir.
* oxuduğu və dinlədiyi mətnlərə münasibət bildirir.
* ayrı-ayrı mətnlərdən əsas faktları seçib qruplaşdırır, kiçikhəcmli mətnlər qurur.
* Azərbaycan xalqınındili, tarixi,əxlaqi-mənəvi dəyərləri,mədəniyyəti,incəsənəti,adət-ənənələrihaqqında ilkin məlumatları sadə formada təqdim edir.
* lüğətlərdən, məlumat kitablarından, kataloqlardan istifadə edir.
Əsas təhsil pilləsi üzrə şagird:* zəruri fonetik,leksik,qrammatik anlayışları izah edir, onları bir-birindən fərqləndirir,mülahizələrini müxtəlif üsullarla əsaslandırır və təqdim edir;
* şifahi və yazılı nitqində dilə aid qaydaları mənimsədiyini nümayiş etdirir;
* verilmiş mətni düzgün və ifadəli oxuyur, onu məzmun xətlərinə görə hissələrə ayırır, mətni müvafiq meyarlar əsasında təhlil edir;
* dil vahidlərindən məqsədyönlü istifadə etməklə nitqin müxtəlif tip və üslublarında mətnlər qurur, onları təkmilləşdirir.

Yorumlar

Bu blogdaki popüler yayınlar

Kurikulumda məzmun xətti nədir

Təhsilin məzmunu nədir?

Fənn üzrə təlimin planlaşdırılması