“Strategiya” yunan mənşəli sözdür ( “sərgərdənin incəsənəti” ) və təhsildə təlim strategiyası anlamı “ öyrədənin öyrəncinin qarşısna qoyulan məqsədə çatmaq üçün öyrətmə metod və usullardan istifadəsidir” deməkdir.
Təlim strategiyaları özündə təhsilin bütün komponentlərini ehtiva edir. Bununla bərabər bu komponentlərin hər biri dövlətin mədəni, siyasi və ictimai reallığı ilə bağlıdır.
Təhsil prosesində təlim strategiyasının vacibliyi ondan ibarətdir ki o asan metod və usullarla öyrənçilərə öyrənməyə imkan yaradır. Təlim strategiyasının vacib amillərindən biri də interaktiv və ənənəvi təlim mühitində, mümkün olan zaman strategiyaların birlikdə istifadə edilməsidir. Təlim strategiyalarına inteqrativ yanaşma təlimin keyfiyyətini və öyrənçilərin müvəffəqiyyətlərinin artmasına gətirib çıxarır.
Təlim strategiyaıları dəqiq nəticə əldə etmək ücün qurulan təlim modelidir və onlar xüsüsi
proqramlarla həyata keçirilir. Təlim strategiyasını müəyyən etmək üçün təlimin məqsədini, təhsilin məzmununu öyrənərək, təlim prosesində öyrənçilərə verilən tapşırıqların məzmunundan nəyə istiqamətləndiyi təhlil edilməlidir.
Təlim strategiyasının başlıca məqsədi — təlim verməkdir. Burada əsas məsələ təlimin nəticəsidir.
İnsan biliyi üç yolla : eşitmə , vizual- görmə və kinestetik əməllərlə alır. Bu prosesdə öyrənçilərə rahat və keyfiyyətli təlim verilməsi üçün çoxsaylı təlim strategiyası yaradılmışdır. Bunlardan ən önəmlisi
Təlim strategiyaları:
Əqli hücüm, yaradıcılıq, qurucüluq, konstruktiv, çoxsahəli zəka modelləşdirmə, ənənəvi mühazirə,kooperativ oyun, sokrat dialoqu və s.
Müəllimlərin təlim strategiyalarını düzgün həyata keçirməsi üçün qaydalar hazırlanmışdır. Bu qaydalarda öyrənçilərə( http://www.gumer.info/search_results.) öyrəndiyinin mahiyyətini axtarmaq, öyrənməyə hissələrlə başlamaq, təkrarlamaq, öyrənmək və öyrənmək, qısa məzmundan istifadə etmək, öyrənərkən fikrini yayındırmamaq və s. kimi yanaşmalar öz əksini tapmışdır.
Dünyanın tanınmış Mikrosoft və İntel (http://www.intel.ru/content/www/ru/ru/education/k12/project-design/design/projects-in-action.html)
şirkətləri müəllimlərin yeni təlim strategiyalarına yiyələnməsi ücün təlimlər keçirir. Təlimlərin əsas məqsədi yeni kompüter proqramlarını təlim strategiyaları ilə inteqrasiya edib, dərs prosesində istifadə etməkdir. Bu təlimlər Azərbaycanda da keçirilir və müəllimlər bu təlim strategiyalarından yeri gələndə istifadə edirlər.
Təlim strategiyaları aşağıdakı əsaslar üzrə qurulur:
— fəal və özünüidarə edən təhsil;
— şagirdlərin bilik və bacarıqlarına əsaslanma;
— refleksiyaya istiqamətlilik;
— şagirdin idrakının, sosial kompetentliyinin inkişafı;
— təlim prosesində interaktivlik və kooperativlik;
Bu əsaslar özündə zamanın, sürətlə inkişaf edən cəmiyyətin məktəbin qarşısına qoyduğu məqsədləri güdür.
Təhsil prosesində təlim strategiyası ilə yanaşı, pedaqoji texnologiyalar da tətbiq edilir.
Təlim strategiyasının təlim texnologiyası ilə ümumi oxşarlıqları və fərqləri var.
Oxşarlıq ondan ibarətdir ki, həm təlim strategiyası, həm də təlim texnologiyası öyrənçini inkişafa yönəltməyə , bilik əldə etməyə, qoyulan məqsədə catmağa köməklik edir.
Fərqlər isə bunlardan ibarətdir:
— təlim strategiyası “təlimin bu və başqa məqsədlərinə catmaq ücün biz nə edirik ki?” sualını cavablandırır;
— təlim texnologiyası isə “ təlim məqsədlərinə effektli çatmaq üçün biz nə etməliyik?” sualına cavab verir
Amerikada çap olunan “The leaning Revolution”- (“Təlimdə inqilab”) (Gordon Drayden, Dr. Jeannette Vots 2002)kitabında müəlliflər təlim yollarının dəyişməsi məsələlərinə toxunaraq bu dəyişmələrdə hansı nailiyyətlərin əldə edilə biləcəyini göstərirlər. http://www.klex.ru/9k5 ) Müəlliflər Amerika və Qərb pedaqoji metodlarını araşdırarkən belə bir nəticəyə gəliblər: “təlim o zaman effektli olar ki, hər bir fərd onu tətbiq edərkən özünə xeyir gətirəcək, təlim özü dərk etməyə, özü öyrənməyə, özü qiymətləndirməyə, özü tətbiq etməyə yönələcəkdir”. Bu nöqteyi-nəzərdən onlar təlimin «İnqilabi modeli»ni hazırlamışlar və bu modeldə onlar dünya praktikasında özünüinkişafa, özünüdərkə, özü-özünü təlim etməyə aid olan pedaqoji texnologiya və metodları sistemləşdirərək, onun effektliyini, məqsədə uyğunluğunu, təyinliyini, konseptuallığını və başqa xüsusiyyətlərini göstərmişlər.
Pedaqoji texnologiya və metodların çoxluğu bəzən müəllimləri çaşdıra bilir və onlar öz fəaliyyətlərinə və məqsədlərinə uyğun texnologiya seçərkən Rusiya alimi və tədqiqatçısı German Selevkonun gəldiyi qənaəti nəzərə almalıdırlar. German Selevkonun fikrincə, hər bir pedoqoji texnologiya sistemliyi və ardıcıllığı özündə ehtiva edir və o bir neçə əsaslı metodoloji tələblərə cavab verməlidir. Bu tələblər aşağıdakılardır:
1.Konseptuallıq.
Pedaqoji texnologiyanın konseptuallığı hər bir pedaqoji texnologiyanın elmə əsaslandığını nəzərdə tutur. Bu əsaslanma özündə təhsil məqsədlərinə catmaq ücün psixoloji, didaktik, sosial- pedaqoji prossesləri ehtiva edir.
2. Sistemlilik.
Pedaqoyi texnologiyanın sistemliyi özündə sisteminin bütün xüsusiyyətlərinin olması deməkdir. Bunu isə prosesin məntiqliyi və hissələrinin bir-biri ilə qarşılıqlı bağlanması və tamlığın əmələ gəlməsi kimi izah etmək olar
3. İdarəetmə.
Təlim prosesi layihələndirmə, planlaşdırma, şagirdlərin qarşılıqlı fəaliyyətlərinin
idarə olunması mərhələlərini əhatə edir. Bu zaman diaqnostika apararaq səhvlərin
düzəldilməsi, ayrı-ayrı vasitələrdən istifadə və təhsil prosesini idarə etmək imkanları yaranır.
4. Effektivlik.
Müasir pedaqoji texnologiyalar çox mürəkkəb bir şəraitdə yaranır. Təlimin
effektivliyində onun başqa texnologiyalardan fərqi aşkarlanmalıdır ki, bu da öz
növbəsində təyin olunmuş bilik standartının yiyələnməsinə təminat versin.
5.Yenidən tətbiq olunma.
Yenidən tətbiq olunma pedaqoji texnologiyanın başqa subyektlər tərəfindən digər oxşar eyni tipli məktəblərdə istifadə etməsini nəzərdə tutur.
Təlim texnologiyaların tətbiqi zamanı şərait, pedaqoji – psixoloji mühit və sinfin səviyyəsindən asılı olaraq müxtəlif tələbləri nəzərə almaq və bunları düzgün tətbiq etmək zərurəti ortaya çıxır.
Təhsil siyasətini yürüdən və onu maliyələşdirilməsində əsas rol oynayan Dünya Bankı, 2020 ilə təhsil siyasətini acıqlayaraq inkişaf edən ölkələrin təhsil strategiyasını belə görür: «İnkişaf edən ölkələrdə (Azərbaycan inkişaf edən ölkələr sırasındadır) təlim yeni ideyalar və innovasiya vasitəsilə qurulmalı, bu ideyalar əsasında təlimlən alanların əqli potensialını ortaya cıxarmaq və onu bu vasitələrdən istifadə edərək inkişaf etdirməkdir (Zellik)
İnsan ağlını, onun təfəkkürünü inkişaf etdirən təhsil strategiyaları və təlim texnologiyaları dərk etmə — koqnitiv nəzəriyyə əsasında qurulmuşdur. Koqnitiv elmi nəzəriyyənin əsasları İsveçrə psixoloqu Jan Piaje, keçmiş sovet psixoloqu Vıqotskiyə məxsusdur. Onların bu gün bir çox ölkələrdə Jerom Bruner, C. Miller kimi davamçıları var və müasir psixo-pedaqoji yanaşmalar bu nəzəriyyəyə əsaslanır. Postsovet məkanında koqnitiv nəzəriyyə üzərində N.Şatalova, E.Knyazeva və bu yazının müəllifi htt
ayrı-ayrı baxışdan konstruktiv təlim qurmuşlar.
Malayziya, Sinqapur, və Sakit Okean hövzəsində olan inkişaf etmiş ölkələrin TN tərəfindən dəstəklənən araşdırmacı komandası dünyanın 50 təhsil texnoloqların siyahısını tərtib edərək beynəlxalq oylamaya cıxartmışlar. Bu siyahıda kecmiş Sovetlər İttifaqından Fatma xanım Bunyatova və onun müəllif olduğu konstruktiv təlim texnologiyasıda yer alıbdır
Ölkə prezidentinin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə http://www.president.az/articles/9779 “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın ikinci istiqaməti “Təhsil sahəsində insan resurslarının müasirləşdirilməsini nəzərdə tutur. Bu istiqamət innovativ təlim metodlarını tətbiq edən, təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən səriştəli təhsilverənin formalaşdırılmasına xidmət edir və özündə təhsilverənlərin peşəkarlığının yüksəldilməsi, təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi üzrə yeni sistemlərin qurulmasını, təhsilalanların istedadının aşkar olunması və inkişafı ilə bağlı, habelə xüsusi qayğıya ehtiyacı olanlar üçün inklüziv təlim metodologiyasının yaradılmasını ehtiva edir” Bu sərəncam kurikulum inkişafında http://www.kurikulum.az/index.php/az/kurikulumlar ceşidli innovativ təlim texnoıogiyaların istifadəsiinin vacibliyini bir daha dəqiq və aydın əks etdirir. Təlim prosesində ayrı-ayrı pedaqoyi texnoloqiya, metod və usullsrdan istifadə edilməsi təlimalanlar ücün maraqlı olmasına gətirir. Bu isə öz tərəfindən təlimalanların , fəallığına, bilik bacarıqlarının inkişafı ilə yanaşı əqli və sosial bacarıqlarının inkişafına da təsir edir.
Yorumlar
Yorum Gönder