Kurikulumda məzmun xətti nədir

             
                                  1.1.1.2   Məzmun xəttləri
Məzmun xəttləri    ümumi təlim nəticələrinin reallaşdırılması üçün müəyyən olunan fənn kurikulumunun zəruri hissəsi olub, şagirdlərin əldə edəcəyi bilik və bacarıqları daha aydın təsvir etmək və onu sistemləşdirmək məqsədi daşıyır.
    Ana dili təliminin məqsəd və vəzifələrinə uyğun olaraq , məzmun xəttləri təhsilin bütün pillələri üzrə aşağıdakı kimi təyin edilmişdir:
Dinləyib-anlama və danışma
* Oxu
* Yazı
* Dil qaydaları

    Dinləyib-anlama və danışma 
Bu məzmun xətti danışanı dinləyə bilmək, onun fikrinə münasibət bildirmək, müxtəlif informasiya mənbələrindən alınan məlumatlarından bəhrələnmək,əsas ideyanı ikinci dərəcəli məsələlərdən seçmək,fikrini inandırıcı şəkildə təqdim etmək bacarıqlarının formalaşdırılmasını təmin edir. Dinlənilmiş mətndəki informasiyanı çevik qəbul edib onun əsasında aydın və dəqiq mühakimə yürütmək,qoyulmuş məqsədə və auditoriyanın səviyyəsinə müvafiq məntiqi,rabitəli və inandırıcı çıxışlar etmək,müxtəlif əyani və texniki vasitələrlə təqdimatlar keçirmək imkanı yaradır.


   Oxu
Oxu şagirdlərin dil uyumunun inkişafını, fikrin ifadə olunmasında sözün məna xüsusiyyətlrinin,cümlə və mətnin rolunun anlaşılmasını,lazımi vərdişlərin məqsədyönlü şəkildə təkmilləşdirilməsini,dilin gözəlliyinə,üslubi imkanlarının zənginliyin şagirdlərin maraq və məhəbbətinin formalaşmasını təmin edir.Bu məzmun xətti müxtəlif üslublarda yazılmış mətnlərin məzmun və struktur elementlərinin müstəqil qavranılmasına  imkan yaradır,ana dilinə,bu dildə yazılmış elmi-kütləvi və ədəbi-bədii nümunələrə marağı dərinləşdirməyə,ümumi nitq mədəniyyətinin inkişafı üçün lüğət ehtiyatını daha da zənginləşdirməyə xidmət edir.

 Yazı
Yazı şagirdlərin duyğu və düşüncələrinin dil normalarına uyğun qaydada nəqli,təsviri və mühakimə xarakterli rabitəli mətnlər formasında ifadəsini təmin edir. Oxu prosesində qazanılan bacarıqlar yazı ünsiyyəti vasitəsilə genişləndirərək qarşılıqlı əlaqəyə çevrilir. Yazı,qoyulmuş hər hansı problem,yaxud mövzu ilə bağlı fikir və mülahizələrinin müvafiq formada verilməsini,görülmüş işin hesabatının hazırlanmasını təmin edir. Ədəbi dilin normaları gözlənilməklə şagirdlərin tədqiqatçılıq və təşkilatçılıq bacarıqlarını nümayiş etdirir.

Dil qaydaları
Bu məzmun xətti dilin fonetik, leksik və qrammatik quruluşu ilə bağlı ən zəruri biliklərin yığcam,sadə və aydın  qayda və şərhlər formasında şagirdlərə çatdırılmasını, orfoqrafiya qaydalarına riayət edilməsini,durğu işarələrindən yerli-yerində düzgün istifadə olunmasını təmin edir. Şagirdlərin həm oxu,həm də yazı qabiliyyətlərinin inkişafı üçün zəmin yaradır. Şagirdlərin şifahi və yazılı nitq bacarıqlarının  formalaşmasında mühüm rol oynayan ən zəruri linqvistik  biliklərin öyrənilməsini,mədəni  nitq üçün  vacib sayılan mühüm tələblərin qavranılmasını,ədəbi dilin funksional və fərdi üslublarının səciyyəvi xüsusiyyətlərinin dərk olunaraq fərqləndirilməsini və təcrübədə tətbiqini təmin edir.


Yorumlar

Yorum Gönder

Bu blogdaki popüler yayınlar

Təhsilin məzmunu nədir?

Fənn üzrə təlimin planlaşdırılması