Kayıtlar

Ekim, 2018 tarihine ait yayınlar gösteriliyor

Fənn üzrə təlimin planlaşdırılması

Resim
  İllik planlaşdırılmanın   yaradılması müəllimlərin qarşısında duran ən mühüm vəzifədir. Planlaşdırma əsas məqsədləri müəyyənləşdirmək və onlara nail olmaq üçün müəllimlərin fəaliyyət istiqamətidir. İllik planlaşdırmada tədris vahidinin nə zaman və hansı ardıcıllıqla tədris ediləcəyi göstərilir. Eyni zamanda hər fəslə ayrılacaq vaxt göstərilir. Fənnin planlaşdırılması ardıcıllığı aşağıdakı kimidir:    1 . Tədris ediləcək tədris vahidlərini məzmun standartlarına əsasən müəyyən etmək.    2. Tədris vahidlərinin ardıcıllıq prinsiplərini müəyyənləşdirmək ( Tədris vahidlərinin ardıcıllıqla müəyyənləşdirilməsi dedikdə, məzmunun ardıcıllığı ( asandan çətinə doğru), xronoloji ardıcıllıq (zaman ardıcıllığı), məntiqi ardıcıllıq ( əvvəlcə o anlayışlar öyrədilir ki, onlar növbəti anlayışların açılmasında əhəmiyyət daşıyır.) nəzərdə tutulur.)    3. Hər tədris vahidi üçün tədris planına əsasən vaxt bölgüsü aparmaq. ( Tədris vahidləri üçün...

Fəaliyyət xətləri

Resim
Kurikulumda fənnin məzmunu bacarıqlar şəklində ifadə olunmuş standartların köməyi ilə verilir Bacarıqlar isə şagirdin müxtəlif fəaliyyətləri nəticəsində əldə olunur və onların köməyilə nümayiş etdirilir. Buna görə də standartlar müəyyənləşdirilərkən aşağıdakı fəaliyyət xətləri ilə əlaqəlilik nəzərə alınmışdır:     Fəaliyyət xətləri məzmunun mənimsənilməsinin, ondan istifadə edilməsinin, fənnin öz daxilindəki mövzularla və digər fənlərin mövzuları ilə əlaqə yaratmağın ən yaxşı yollarıdır. Fəaliyyət xətləri fənni bir birindən təcrid olunmuş bilik və bacarıqlar toplusu kimi yox, bütöv bir tam kimi başa düşməyə kömək edir.